Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "Xaricdə təhsil" proqramı çərçivəsində təqdimat keçirilib. SİA-nın xəbərinə görə, təqdimatlar Bakı Təhsil İnformasiya Mərkəzinin direktoru Bahar Hacızadə, İREX-in ölkə üzrə direktoru Sarah Hennesi, Kanadanın beynəlxalq dil akademiyasının yerli nümayəndəsi Elmira xanım, ACCELS-in ölkə üzrə direktoru Tayson Lemon, ACCELS-in Gənc Müəllimlərin İnkişafı Proqramı üzrə koordinatoru Nailə Nəbiyeva, ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Kristofer Cons tərəfindən hazırlanıb.
Təqdimatlar zamanı ABŞ, Kanada və Avropada təhsil proqramları haqqında ətraflı məlumat verilib. Hansı proqramlar üzrə həmin universitetlərdə təhsil almağın imkanlarından söhbət açılıb, eləcə də təqaüd proqramları haqqında danışılıb. Tədbirdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB