Azərbaycan və Hindistan arasındakı təhsil məsələləri müzakirə edilib

Azərbaycan və Hindistan arasındakı təhsil məsələləri müzakirə edilib

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sanjay Sinq ilə görüşüb. SİA-nın xəbərinə görə, S.Seyidov ADU-da Hindi dili mərkəzinin fəaliyyət göstərdiyini və tələbələrə hind dili öyrənmək üçün şərait yaradıldığını qonaqların nəzərinə çatdırıb. O, hindi dilini tədris etmək üçün professor Mukeş Qarjini Azərbaycana dəvət etməkdə göstərdiyi köməyə görə səfir Debnat Şouya təşəkkürünü bildirib.

Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sanjay Sinq də öz növbəsində ADU-da Hindi dili mərkəzinin fəaliyyət göstərdiyindən şad olduğunu dilə gətirib. Sonda qonaqlar universitetin İnformasiya Resurs Kompleksi (İRK) və Hind dili mərkəzi ilə tanış oldular və hind dilini öyrənən tələbələrlə görüşüblər.

Qeyd edək ki, ADU-da ilk dəfə olaraq 2010-2011-ci tədris ilindən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Hindistanşünaslıq ixtisası açılıb. 2010-cu ilin oktyabrından isə ADU-da Hind dili mərkəzi fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə