Pakistanda “denge” qızdırmasına 5000 nəfər yoluxub, 25 nəfər ölüb

Pakistanda “denge” qızdırmasına 5000 nəfər yoluxub, 25 nəfər ölüb

Pakistanın Pencab ştatında 2 aydır yayılmaqda olan \"denge\" virisu onlarla insanın həyatına son qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kritik vəziyyət ştatın paytaxtı Laxor şəhərində müşahidə olunur.

Ümumilikdə xəstəliyə 5000 nəfər yoluxub, 25 nəfər ölüb. Xatırladaq ki, \"denge\" qızdırması - mığmığalar vasitəsilə insana keçən virus infeksiyasıdır. Xəstələyin əsas simptomlarından biri kəskin əzələ ağrısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə