Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Lavon Lotemlə görüşüb. SİA-nın xəbərinə görə, ökələr arasındakı əlaqələrin əhəmiyyətindən danışan S.Seyidov mədəniyyət, elm və bu kimi digər humanitar sahələrdə əməkdaşlığın bir çox əlaqələrin inkişafına təkan verdiyini deyib. ADU-da bir sıra dil mərkəzlərinin mövcud olduğunu bildirən rektor universitetdə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin də fəaliyyət göstərdiyini vurğulayıb. O, mərkəzin İsrail və Azərbaycan arasındakı əlaqələrin inkişafında yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olduğunu qonağın diqqətinə çatdırıb.
Səfir Mixail Lavon Lotem da öz növbəsində ADU-da olduğundan məmnunluğunu dilə gətirib. Səfir ikitərəfli münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın təkan verdiyini önə çəkib.
Görüşdə həmçinin, gələcək əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi də aparılıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB