Amerikalı tələbələr Azərbaycan dili, tarixi, musiqisini öyrənir

Amerikalı tələbələr Azərbaycan dili, tarixi, musiqisini öyrənir

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Səfirliyinin Siyasi şöbəsinin müdiri Antoni Bairdi ilə görüşüb. SİA-nın xəbərinə görə, S.Seyidov ADU-nun tarixi haqqında məlumat verərək universitetdə 14 dilin tədris olunduğunu vurğulayıb. Universitetdə5000-dən çox tələbənin təhsil aldığını deyən rektor təhsil ocağının imkanlarından və təhsil sahəsindəki nailiyyətlərindən danışıb. S.Seyidov ABŞ ilə mövcud olan əlaqələrdən danışıb və bu yaxınlarda ADU-ya yay məktəbinə gələn amerikanlı tələbələrin bu müddət ərzində Azərbaycan dilini, tarixini, mədəniyyətini, musiqisini öyrəndiklərini qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Səfirliyinin Siyasi şöbəsinin müdiri Antoni Baird öz növbəsində Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə