TQDK əməkdaşları Niderlandda işgüzar səfərdə olublar

TQDK əməkdaşları Niderlandda işgüzar səfərdə olublar

TQDK-nın "Yoxlama-ölçmə materiallarının işlənməsi" və "Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi" şöbələrinin əməkdaşlarından ibarət işçi qrupu sentyabr ayının 12-dən 17-nə kimi Niderlandın Arnem şəhərində işgüzar səfərdə olub. SİA-nın xəbərinə görə, səfər zamanı TQDK-nın əməkdaşları CİTO-nun bir sıra əməkdaşları ilə görüşərək bir sıra məsələlər barəsində müzakirələr və təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, 2007-ci ildən TQDK-da "Ana dili" və "Riyaziyyat" fənləri üzrə müasir test nəzəriyyəsi və onun tətbiqi sahəsində tədqiqat işləri aparılır. Səfər zamanı əsasən bu mövzu ətrafında geniş müzakirələr aparılıb. CİTO-nun əməkdaşları TQDK-nın qısa bir zaman ərzində abituriyentlərin imtahan nəticələrinə müasir test nəzəriyyəsini tətbiqi sahəsində gördüyü işləri təqdir edərək öz müsbət rəylərini verib və görülən işlər haqqında öz təkliflərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə