Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 926 nəfər elektron ərizəsini təsdiq etdirib
Sentyabrın 24-25-də keçiriləcək rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. Bu günə kimi 1005 namizəd elektron ərizə forması doldurub ki, onlardan da 926 nəfəri elektron ərizəsini təsdiq etdirib. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu sentyabrın 20-i saat 10:00-da başa çatır.
Namizədlər "Namizədin elektron ərizəsi" formasını Azərbaycan Tibb Universitetində və TQDK-nın Regional bölmələrində yaradılan Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirirlər. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları "Namizədin elektron ərizəsi" formasını TQDK-da yaradılmış SQK-da doldurur və təsdiq etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB