Cari ilin oktyabrında dahi söz ustadı, mütəfəkkir və filosof Nizami Gəncəvinin anadan olmasının 870-ci ildönümü münasibətilə "Nizami 870" mövzusunda beynəlxalq elmi-parktiki konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, konfrans AMEA Gəncə Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhərində baş tutacaq.
3 gün davam edəcək konfransda iştirak etmək istəyənlər oktyabrın 10-dək məqalə və tezislərini AMEA Gəncə Regional Elmi Mərkəzinə təqdim etməlidirlər. Konfransın materialları kitabça şəklində çap olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB