Azərbaycanın ürək xəstəliyindən əziyyət çəkənlərin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında Azərbaycanın ürəklə bağlı problemlərə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Statistik məlumatlara görə, yer üzündə qəfil ürəktutması nəticəsində hər 15 saniyə ərzində 1 nəfər dünyasını dəyişir. Aparılan araşdırmalar onu da göstərib ki, dünyada insanların 56 faizi məhz ürəklə bağlı xəstəliklərdən ölür.
Ürək xəstəliyi cavanlaşıb
Koordioloq Zümrüd Qurbanova ölkədə bronx-ağciyər xəstəliklərindən sonra ürək-damar xəstəliklərinin aktual olduğunu dedi: "Ancaq ölümün səbəbinə görə ürək-damar xəstəlikləri 1-ci yerdədir. Baş verən ölüm hallarının 50 faizdən çoxu ürək-damar xəstəlikləri ilə əlaqədardır. Ürək-damar xəstəliklərinin yaranmasının isə müxtəlif səbəbləri var. Məsələn, şəkərli diabetdə iri və xırda damarların zədələnməsi ürəkdə problemlər yaradır. Bu səbəbdən də, şəkərli diabetdən əziyyət çəkənlər arasında miokard infarktından ölüm halları baş verir. Onu da deyim ki, ürək xəstəlikləri gəncləşməkdədir. Əgər əvvəllər ürək-damar xəstəlikləri, xüsusən miokard infarktı üçün qorxulu hədd 55 - 59 yaş idisə, hazırda xəstəlik 40 - 45 - 50, bəzən isə 35 yaşda müşahidə olunur. Xəstəlik qadınlar arasında da geniş yayılmaqdadır. Tez-tez 40 - 50 yaşlı qadınlarda miokard infarktı baş verir\".
Həkimin xəstəliyin artma səbəbi kimi sosial faktorları da göstərdi: \"Xarici mühit, ekoloyi amillərin təsiri, orqanizmdə gedən müəyyən proseslərin də ürək problemlərinin yaranmasında rolu var.
Bununla belə artan psixi - emosional gərginliklər, əsəbilik, stress və ürək xəstəliyi üçün münbit şərait yaradır. Bəzən etinasızlıq ürəkdə problemlərin dərinləşməsinə gətirib çıxarır.
Göyərmə ürək problemindən xəbər verir
Mütəxəssis ürək xəstəliklərinin əlamətləri haqda da məlumat verdi: "Tənəffüsün sayı artdıqda, dodaqların ətrafı, gözün dibində və barmaq ucunda bir qədər göyərti olduqda bu ürəkdə problemin olmasından xəbər verir. Ağır ürək çatışmazlığı zamanı xəstənin qarın boşluğuna maye toplanır, yaxud ürək qüsuru olan xəstələrin sifətində, yanaqlarında bir qədər qırmızımtıl rəngə yaranır. Anemiyaya hallarında isə çöhrənin saralmasına təsadüf edilir. Çoxlarının əhəmiyyət vermədiyi revmatizm də vaxtında müalicə edilmədikdə ürək qüsurlarına gətirib-çıxara bilər. Uşaqlarda angina, faringit, kariyesi də vaxtında müalicə etmək zəruridir ki ürəkdə qusurlar yaranmasın". Ürək xəstəliklərindən qorunmaq ücün rasionda bitki mənşəli qidalarına, ağartı, meyvə-tərəvəzə üstünlük verilməlidir. Ürək-damar xəstəliklərinin əsas törədicisi olan xolesterinin miqdarını azaltmaq zəruridir. Həmçinin psixi - emosional gərginliyi özünüzdən uzaq etməlisiniz. Nikbin olmaq və sağlam həyat tərzi ürək xəstəliyinə tutulmaq istəməyənlərin həyat devizi olmalıdır

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB