Azərbaycanlı məktəbli beynəlxalq sərginin qalibi olub

Azərbaycanlı məktəbli beynəlxalq sərginin qalibi olub

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü, Bakı Britaniya Məktəbinin 5-ci sinif şagirdi Fərəc Fərəczadə XVI Kanaqava Dünya Uşaq İncəsənət sərgisində iştirak edib. SİA-nın xəbərinə görə, tədbir Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı və YUNESKO-nun bu ölkədəki Milli Federasiyasının təşkilatçılığı ilə keçirilib.

Azərbaycan məktəblisinin ekoloji hüquqlar mövzusunda çəkdiyi rəsm işi münsiflər heyəti tərəfindən fərqləndirilib və diploma layiq görülüb. Bu günlərdə isə həmin diplom və kataloq ombudsmana göndərilib.

İki ildən bir keçirilən beynəlxalq incəsənət sərgisində dünyanın müxtəlif ölkələrindən olan uşaq və gənclər təmsil olunurlar. Qaliblərin rəsmləri 2012-ci ilin mart ayınadək Kanaqava Prefekturasının orta və ali təhsil müəssisələrində, uşaq yaradıcılıq mərkəzlərində, muzey və qalereyalarda nümayiş etdiriləcək, qlobal təhsilin təşviqi kimi maarifləndirici məqsədlərlə istifadə olunacaq, minlərlə insan mükafata layiq görülmüş rəsm işləri ilə tanış olmaq imkanı əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə