Gəncənin 45 saylı yardımçı orta məktəbində yoxlamalar aparılacaq - FOTO
Gəncə şəhərində uzun illər yararsız vəziyyətdə olan 45 saylı yardımçı orta məktəbin təmirdən sonra açlış mərasimi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı və ən müasir şəkildə təmir edilən tədris ocağı yeni dərs ilində şagirdlərin ixtiyarına veriləcək.
2011-2012-ci dərs ilində bu məktəbdə oxuyacaq şagirdlləri Gəncə şəhər İcra Hakimiyyyəti başçısı Elmar Vəliyev də təbrik edib. İcra başçısı şagirdlərdən yüksək bilik əldə etmək üçün oxumağın, elm öyrənməyin yeganə vasitə olduğunu xatırladıb.
Qeyd olunub ki, məktəb 220 yerlkdir. Sinif otaqları yenidən qurulmaqla yanaşı, burada şagirdlər üçün trenajor zalı da inşa edilib və məktəbə xidməti avtobus verilib.
Gəncənin 45 saylı orta məktəbində əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alır. Nəqliyyat vasitəsi də bunun üçün ayırılıb. Ancaq deyəsən bu nəqliyyat vasitəsindən şagirdlərdən sox direktor Polad Pişnamazov istifadə edir. Məhz bu amil şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qəzəbinə tuş gəlib. İcra başçısı sonuncu dəfə direktora xəbərdarlıq edib.
Görüşün ardından valideyinlərin fikirilərini öyrənən Elmar Vəliyevə məlumat verilib ki, ehtiyacı olan bəzi uşaqlara əl arabaları paylınılmır. Bundan əlavə şagirdlərə ayrılan məbləğlər suni yolla kəsilir. İcra başçısı dərhal ehtyacı olanlara əl arabalarının paylanması ilə bağlı göstəriş verib. Digər bir tapşırıqla isə Maliyyyə İdarəsi tərəfindən 45 saylı orta məktəbin yoxlanılmasına başlanılacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB