Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə iyul ayında 4153, avqust ayında isə 2479 müraciət daxil olub. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulda daxil olan müraciətlərinəksər hissəsi sorğu xarakterlidir. Sorğular ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri ilə əlaqədar appelyasiya, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin verilməsi, eksternat qaydada keçirilən imtahanlar, onların nəticələri ilə bağlıdır. Digər sorğularda isə xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əmək haqqının hesablanması və digər məsələlərdən bəhs olunur. Avqust ayında daxil olan müraciətlərin hamısı sorğu xarakterlidir. Belə ki, məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 35, ümumtəhsil məktəbləri ilə bağlı 255, I sinifə vaxtından əvvəl şagird qəbulu üzrə 328, müəllimlərin işə qəbulu məsələləri ilə əlaqədar 837, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu ilə əlaqədar 175, xaricdə təhsillə bağlı 263, subbakalavr, bakalavr və magistr təhsili ilə əlaqədar 66 müraciət daxil olub. Qalan müraciətlər isə digər müxtəlif mövzuları əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB