Kamal Abdullayev AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə təyin edildi
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Humanitar və İctimai Elmlər Bölməsinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq bölmənin elmi fəaliyyəti və əldə olunan nailiyyətləri haqqında danışıb. O bildirib ki, AMEA RH-ın qərarı ilə akademik Ağamusa Axundov bölmənin akademik-katibi vəzifəsindən azad edilib, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bölmənin akademik-katibi vəzifəsinə təyin edilib.
Sonra K.Abdullayevin sədrliyi ilə davam etdirilən iclasda bir sıra elmi-təşkilati və cari məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB