Göygöldə yeni məktəb binasının açılışı olub - FOTO

Göygöldə yeni məktəb binasının açılışı olub - FOTO

Yeni dərs ilində Göygöl rayonunda təzə məktəb binasının açlışı mərasimi keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısı Arif Seyidov, bir sıra rəsmi şəxslər iştirak edib.

Qeyd olunub ki, 1980-ci illərə kimi kolxoz binası kimi istifadə olunan tikili sonradan məktəb binası kimi fəaliyyətə başlayıb. Ötən il isə Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq məktəb sıfırdan yenidən inşa edilib. Bu da dövlət tərəfindən tədrisin keyfiyyətinə verilən diqqət və qayğı kimi qiymətləndirlir.

Məktəbə ilk dəfə qədəm qoyan birinciləri və onların valideyinlərini tədbrik edən aparat rəhbəri uşaqların başlıca vəzifələrinin Vətənə, millətə layiqli övlad olduğunu bildirib.

Rəsmi hissədən sonra rəmzi qırmızı lent kəsilib və tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, tədris müəssisəsi 220 yerlikdir. Burada istilik sistemi qurulub, sinif otaqları, dəhlizlər müasir standartlar çərçivəsndə tikilib.

Statistik məlumatlara əsasən son 5 ildə Göygöl rayonunda 20-ə yaxın tədris müəssisəsi inşa edilib. Daha iki məktəbin tikintisinə də başlanılmaq üzərədir.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə