ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında 2020-ci ilə kimi fəaliyyət planı qəbul edildi
\"Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində bir neçə sənəd imzalanıb\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ÜST Avropa Regional Komitəsinin sədri Jujanna Yakab deyib. O bildirib ki, sənədlərdən biri qeyri-infeksion xroniki xəstəliklərə qarşı mübarizəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, sessiyada qeyri-infeksion xroniki xəstəliklərlə mübarizəyə dair fəaliyyət planı üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib və Bakı Bəyannaməsi adlanan sənəd 2020-ci ilə qədər olan dövrü əhatə edir.
"Qəbul etdiyimiz digər bir vacib sənəd isə Avropada spirtli içkilərlə mübarizəylə bağlıdır. İlk əvvəl onu deyim ki, Azərbaycan spirtli içkilərin istehlakının vəziyyəti qənaətbəxşdir. Avropada isə vəziyyət tam əksinədir. Bildiyiniz kimi, spirtli içkilər ikinci risk qrupuna daxildir", - deyə o əlavə edib.
Qəbul olunan digər bir sənədin antibiotiklərin rezident formalarına qarşı fəaliyyət planı ilə bağlı olduğunu deyən J.Yakab vurğulayıb ki, antibiotiklər infeksion xəstəliklərlə mübarizədə əsas alətdir. O bildirib ki, bu sənədin qəbulunda da məqsəd xəstəliklərin yayılmasınn qarşısını almaqdır. Onun sözlərinə görə, sessiyada dərmanlara qarşı vərəmin rezident formalarına dair sənəd də qəbul olunub: "Təssüflər olsun ki, bu gün dünya üzrə bu xəstəlikdən əziyyət çəkənlərin 20% Avropadadır. Bizi narahat edən başqa bir məsələ Avropada artmaqda olan HİV-QİÇS virusudur ki, buna qarşı da fəaliyyət planını qəbul etdik",- deyə ÜST rəsmisi qeyd edib.
J.Yakab konselsium əsasında qəbul edilən sənədlərin 2011- 2020-ci illəri əhatə etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB