ÜST-nin Avropa Regional Komitəsinin növbəti sessiyalarının keçirilmə yeri və tarixləri açıqlandı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin növbəti sessiyalarının keçirilmə yeri və tarixləri açıqlanıb. ÜST-nin Azərbaycan nümayəndəliyindən SİA-ya verilən xəbərə görə, ÜST-nin Avropa Regional Komitəsinin 62-ci sessiyası gələn il sentyabrın 10-13-də Maltada keçiriləcək. Komitənin 63-cü sessiyası isə 2013-cü il sentyabrın 16-19-da Portuqaliyada təşkil olunacaq. Komitənin 64-cü sessiyasının isə 2014-cü il sentyabrın 15-18-də Kopenhagendə keçirilməsi nəzərdə tutulur. Amma 64-cü sessiyanın keçirilmə yeri və tarixi ilə bağlı yekun qərar hələ qəbul olunmayıb. Komitənin 65-ci sessiyasının 2015-ci ildə 14-17 sentyabr tarixlərində keçiriləcəyi gözlənilir. Sessiyanın keçiriləcəyi yer hələ müəyyənləşdirilməyib.
Hazırda Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir. Sentyabrın 12-də öz işinə başlayan sessiya bu gün yekunlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB