Respublikanın bir neçə regionunda həkimlərin sertifikasiyasına başlanılacaq
\"2011- 2013- cü illər Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə əlaqədar Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində görüləsi çoxsaylı işlər var\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, proqram çərçivəsində 51 tibb müəssisəsinin əsaslı şəkildə yenidən qurulması, təchiz edilməsi və tikintisi nəzərdə tutulub. Cari ildə 23 səhiyyə müəssisəsinin fəaliyyətə başladığını deyən nazir müavini vurğulayıb ki, bunun da 18-i yenidən qurulan və təsis olunan, 5-i isə yeni tikilən tibb müəssisələridir".
Daha sonra E.Ağayev həkimlərin sertifikasiyası məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında həkimlərin sertifikasına başlanılıb: "Respublikanın bir neçə regionunda da həkimlərin sertifikasiyasına başlamaq nəzərdə tutulur. Ölkə üzrə isə sertifikasiya prosesinə Bakıda işləyən həkimlərdən başlanılıb".
Nazir müavini vurğulayıb ki, 70 yaşdan yuxarı səhiyyə müəssisələrində işləyən işçilərin əmək fəaliyyətinin uzadılması üçün hazırlanan meyarlar yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB