Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik bayramı ilə əlaqədar tədbir keçirilib SİA-nın xəbərinə görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu gün münasibəti ilə təbrik edib. Liseyin artıq beşinci ildir ki, fəaliyyət göstərdiyini deyən rektor Abel Məhərrəmov onun qazandığı uğurlardan söz açıb. İndiyədək liseyi bitirmiş məzunların hamısının ən qabaqcıl ali məktəblərə daxil olduqlarını, bununla da universitetin adına böyük şərəf gətirdiklərini söyləyən rektor bu il 730 nəfərin arasından seçilmiş 60 şagirdin də yaxşı oxuyacağını, universitetin adına şərəf gətirəcəyinə ümid etdiyini bildirib.
Dövlət himni səsləndikdən sonra liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib. Müəllim və valideynlərin köməyi ilə lisey şagirdlərinin hər zaman böyük uğurlar qazanacağına ümid etdiyini bildirib. Tədbirdə liseyin Valideynlər Şurasının sədri, şair Oqtay Zəngilanlı da çıxış edib. O, özünün yazdığı "Müəllim" şerində, müəllim sənətinin müqəddəsliyi, ülviliyindən bəhs edib, şagirdlərə yaxşı oxumağı, vətənə layiqli olmağı tövsiyə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB