Səhiyyə Nazirliyi: “Hazırda ölkədə 24 min narkoman rəsmi qeydiyyatdadır”

Səhiyyə Nazirliyi: “Hazırda ölkədə 24 min narkoman rəsmi qeydiyyatdadır”
Ölkədə narkomaniya ilə bağlı vəziyyəti qənaətbəxş hesab etmək olmaz. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, əgər narkomaniya Azərbaycanda 5 nəfərdə də müşahidə olunsa, vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Onun sözlərinə görə, ümumilikdə isə digər ölkələrlə müqayisədə Azərbaycanda narkotik istifadəçilərinin sayı azdır.

"Bu bəlanın ən pis tərəfi inyeksion narkotik istifadəçiləri ilə bağlıdır. Azərbaycanda qeydiyyatda olan narkomanların əksəriyyəti inyeksion narkotik istifadəçiləridir. Sözsüz ki, bir dəfə narkotikdən istifadə edənlər də narkoman hesab olunur", - deyə nazir müavini əlavə edib.

O vurğulayıb ki, bu problemin qarşısını almaq yalnız Səhiyyə Nazirliyinin işi deyil, müvafiq qurumlar birgə işlər görməlidirlər. Narkomaniyanı cəmiyyətin bəlası hesab edən E.Ağayev ictimaiyyəti də bu problemlə mübarizəyə çağırıb. O vurğulayıb ki, narkotik istifadəçilərinin sayı ilə bağlı araşdırma aparıldıqca statistik rəqəmlərdə artma müşahidə olunur.

"Amma əldə olunan rəqəmlər tam reallığı əks etdirmir. Çünki Səhiyyə Nazirliyində müalicə edilən və məcburi qeydiyyata alınanlar rəsmi qeydiyyata düşür. Ağayevin sözlərinə görə, hazırda ölkədə rəsmi qeydiyyatda 24 min narkoman var", - deyə o söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com