Gəncə şəhərinə bir qədər gec, sentyabr ayınınn 13-də gətirilən məktəbli formlarının alınmasında növbələr yaranıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, artıq geyimlərin satılan mağaza və orta tədlris müəssisələrində sıx növbələr var. Üstəlik formaların qiyməti də alıcıları qane etmir.
"Çox baha verirlər bir nəfər uşaq üçün hardasa 50 manat xərcləməlisən" -deyə valideyin bildirir.
Gəncəyə isə əlavə 10 min ədəd məktəbli formasının gətirilməsi nəzərdə tutulur. Bununla yaranan sıxlığın aradanq qaldırılmasına çalışılsa da həyata keçirilən tədbir istənilən nəticəni verə bilcəyi inandırıcı görünmür. Bu gün yeni dərs ili başlasa da 100-lə valideyn övladlarına məktəbli geyimi əldə etməkdə çətinlik çəkir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB