Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq 47 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək. SİA-nın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, yeni dərs ili üçün 6 məktəb əsaslı təmir edilib: "Bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Görülən işlər nəticəsində ölkə üzrə bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb".
Qeyd edək ki, Azərbaycanın orta məktəblərində 1 milyon 335 min şagird təhsil alır. Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrin sayı isə 17 mindən çoxdur.
Qeyd edək ki, Azərbaycanın orta məktəblərində 1 milyon 335 min şagird təhsil alır. Azərbaycanın ali məktəblərində təhsil alan tələbələrin sayı isə 17 mindən çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB