Bakıda hemofiliya və digər qan xəstəliklərinə dair ümumrespublika konfransı keçirilir
Bu gün Bakıda hemofiliya və digər qan xəstəliklərinə dair ümumrespublika konfransı keçirilir. SİA-nın xəbərinə görə, paytaxt və respublikanın 8 regionundan hematoloqlar və pediatrların iştirak etdiyi tədbirin keçirilməsində məqsəd regionlarda fəaliyyət göstərən hematoloqlar və pediatrları müasir müalicə üsulları ilə tanış etməkdir.
Tədbirdə "Azərbaycanda Milli Hemofiliya Proqramının təşkili və inkişafı", "Hemofiliyalı xəstələrdə dayaq-hərəkət sistemi ağırlaşmalarının müasir müalicə prinsipləri" və digər mövzularda təqdimatlar olacaq və müzakirələr aparılacaq.
Tədbiri giriş sözü ilə açan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova hazırda Azərbaycanda 1300-dən çox hemofliyalı xəstənin olduğunu deyib. O bildirib ki, onların 50-60 faizini məktəbəqədər və məktəb yaşlı uşaqlar təşkil edir. Azərbaycanda hemofiliyalı xəstələr haqqında məlumat bankının yaradıldığını deyən G.Hüseynova vurğulayıb ki, bu banka Səhiyyə Nazirliyi tərəfindən nəzarət ediləcək və hər bir xəstə dərman preparatları ilə vaxtında təmin olunacaq. Elektron məlumat bankının regionlarda da yaradılacağını deyən assosiasiya sədri qeyd edib ki, 2012-ci ilin ortalarına qədər bu iş tamamilə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB