Sumqayıtda 65 yaşı ötmüş 11 məktəb direktoru işdən azad edilib

Sumqayıtda 65 yaşı ötmüş 11 məktəb direktoru işdən azad edilib

Sumqayıtda yaşı 65-dən yuxarı olan 11 ümumtəhsil məktəbinin direktoru təqaüdə göndərilib. Bu barədə Sumqayıt şəhər Təhsil Şöbəsindən SİA-ya bildirilib.

Təqaüdə göndərilən məktəb direktorlarının siyahısını təqdim edirik:

Lətifə Cabbarova, 1 saylı məktəb

Məmmədov Məhərrəm, 13 saylı məktəb

Kamilova Sevil, 9 saylı məktəb

Tahirova Minarə, Texniki Təbiət Elmləri Liseyi

Tofiq Məmmədov, OÜM

Hacıyev Vələt, 28 saylı məktəb

Süleymanov Məhəmməd, FTM

Mahmudov Əvəz, 25 saylı

Ağabalayev Ağabala , Məktəbdən Kənar Müəssisə

Abdulkərimov Elbrus, Məktəbdən Kənar Müəssisə

Qeyd edək ki, hazırda Sumqayıt şəhərində 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir.

Bütün xəbərlər Facebook səhifəmizdə