Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 15 oktyabr 2011-ci il tarixindən etibarən informatika, psixometriya və xarici dillər (ingilis, fransız, alman, rus, fars və ərəb dilləri) üzrə elmi metodiki seminarlar təşkil edir. TQDK-dan SİA-ya verilən xəbərə görə, bu seminarlar cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilini aparmaq, qəbul imtahanları üçün proqramları və test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB