Təhsil nazirinin müavinləri işdən çıxarıldı

Təhsil nazirinin müavinləri işdən çıxarıldı

Bu gün Təhsil Nazirliyində kadr dəyişikliyi baş verib. Təhsil naziri Misir Mərdanovun müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifədən azad olunub. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə SİA-ya verdiyi açıqlamada bu faktları təsdiqləyib. O bildirib ki, nazir müavinləri prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunublar.

Nazir müavini Elmar Qasımovun yerinə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov təyin edilib, digər iki yerlər isə hələlik boşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə