Ümumdünya Səhiyyə Təşkilatında islahatların aparılması nəzərdə tutulur

Ümumdünya Səhiyyə Təşkilatında islahatların aparılması nəzərdə tutulur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyasında çox vacib məsələlər və sənədlər müzakirə olunur. Onlardan da biri DST-nin 2020-ci ilə qədər nəzərdə tutulan "Sağlamlıq-2020" proqramıdır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ÜST-nin Avropa Regional Bürosunun direktoru Jujanna Yakab jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, müzakirə olunan məsələlərdən biri də səhiyyə sisteminin gücləndirilməsidir: "Xüsusilə ictimai səhiyyə məsələlərinə diqqət yetirdik ki, gələcəkdə sağlam həyat tərzinin təbliği və xəstəliklərin profilaktikası məsələləri daha da gücləndirilmiş olsun. Bu təklif bütün üzv ölkələr tərəfindən dəstəklənmişdir, çünki hazırki vəziyyətdə heç bir ölkədə xəstəliklərin artması və bu problemin həlli maliyyə cəhətdən təmin edilə bilməz. Ölkələr proflaktika tədbirlərinin gücləndirilməsinə üstünlük verirlər".

J.Yakab əlavə edib ki, tədbir çərçivəsində ÜST-də islahatların aparılması və idarəçilik məsələləri də müzakirə edilib. Onun sözlərinə görə, ÜST-də islahatların aparılması nəzərdə tutulur. Bu məsələnin ÜST-nin Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sesiyasında da müzakirə edildiyini deyən S.Yakab bildirib ki, bu gün müzakirə olunan məsələlərdən biri də ÜST-də islahatların aparılmasıdır. Onun sözlərinə görə, hazırda ÜST belə islahatların aparılması ərəfəsindədir, bununla bağlı işlər də aparılır və ÜST-nin apardığı işlərin effektivliyinin artırılması istənilib.

"Azərbaycan tərəfdən belə bir təklif irəli sürüldü ki, istənilən ölkəyə göndərilən mütəxəssislər ölkələrlə yaxından tanış olmalı və bilik və təcrübələri yüksək səviyyədə olmalıdır. Mən bu təkliflə tam razıyam. Biz də fikirləşirik ki, DST-yə yeni işçilər gələndə onlara xüsusi təlim keçrilməli və ölkələrlə tanışlığı olmalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə