ADU-nun professoru “Avropa dilçilik cəmiyyətinin 44-cü illik konfransın”da çıxış edib

ADU-nun professoru “Avropa dilçilik cəmiyyətinin 44-cü illik konfransın”da çıxış edib

Azərbaycan Dillər Universitetinin 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev sentyabrın 8-dən 11-dək İspaniyanın La Rioja Universiteti tərəfindən təşkil olunmuş "Avropa dilçilik cəmiyyətinin 44-cü illik konfransı"nda iştirak edib. ADU-dan SİA-ya verilən xəbərə görə, konfransda dilçiliyin müasir tədqiqat obyektlərindən biri kimi, diskurs probleminin əsas mübahisəli məsələlərinə münasibət bildirilib.

Konfransda "Diskurs strukturu və onun eksplisit modeli" adlı məqalə ilə çıxış edən Ə.Abdullayev mövzuyla bağlı fikirlərini konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Qeyd edək ki, konfransda 44 ölkədən 250-dən çox məruzəçi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə