Martin Donaxyu: \"Bütün dünyada HİV-QİÇS-ə yoluxmuş insanların tam müalicə edə bilən dərman yoxdur\" - MÖVQE

Martin Donaxyu: \"Bütün dünyada HİV-QİÇS-ə yoluxmuş insanların tam müalicə edə bilən dərman yoxdur\" - MÖVQE

"Hazırda bütün dünyada HİV-QİÇS-ə yoluxmuş insanların tam müalicə edən dərman yoxdur. Bu xəstəliyi bədəndən təmamilə siləcək dərmanlar mövcud deyil". SİA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin HİV/QİÇS proqramı üzrə direktoru Martin Donaxyu deyib. O bildirib ki, əsas məsələ virusun yoluxma qabiliyyətinin azaldılmasından gedir. Onun sözlərinə görə, bu virusa yoluxan insanlar lazım olan vaxta, hətta həyatının sonuna qədər lazım olan dərmanları qəbul etməlidirlər.

"Dərmanların yan effektləri hələ də araşdırılır. Bu xəstəlikləri tam olaraq yox edəcək dərman isə hələlik yoxdur. Bu gün onlara qarşı yalnız antiretroviral müalicə aparılır. Lakin bu xəstəliyə yoluxan 34 milyon insanın yalnız 50%-i bu tip müalicəni alır. Onun vəsaiti, vəziyyəti isə fərqlidir. Avropa regionunun qərbində vəziyyət stabilliyə doğru gedir, şərqi Avropa və Mərkəzi Asiyada isə xəstəlik artmaqdadır. Bunun əsas səbəbləri əldə olunan mövcud imkanlardan tam istifadə edilməməsi, yoluxmuş bütün insanların tam olaraq müalicəyə cəlb edilməməsidir. Qlobal olaraq məsələyə baxsaq, bu xəstəliyin qarşısıının alınması və müalicəsi üçün 6 milyon vəsait lazımdır. Əgər bu məqsədlə profilaktik tədbirlərdən istifadə edilsə, tələb olunan vəsait 4-5 dəfə azaldıla bilər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə