ÜST-nin proqram direktoru: \"Dünyada HİV-QİCS xəstəliyinin qarşısını almaq və onu müalicə etmək üçün 6 milyard dollar maliyyə vəsaiti lazımdır\"

ÜST-nin proqram direktoru: \"Dünyada HİV-QİCS xəstəliyinin qarşısını almaq və onu müalicə etmək üçün 6 milyard dollar maliyyə vəsaiti lazımdır\"

Dünyada HİV-QİCS xəstəliyinin qarşısını almaq və onu müalicə etmək üçün 6 milyard dollar maliyyə vəsaiti lazımdır. SİA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin HİV/QİÇS proqramı üzrə direktoru Martin Donaxyu deyib. Onun sözlərinə görə, bu çox maliyyə vəsaiti deyil. Belə ki, əgər mövcud olan vəsait xəstəliklərin qarşısını almaq üçün istifadə olunarsa, bunun əhəmiyyəti çox böyükdür.

Donaxyu bildirib ki, hazırda dünyada 34 milyon HİV. QİÇS virusuna yoluxub. Avropada isə bu göstərici 2 milyona yaxındır. Proqram direktorunun sözlərinə görə, digər regionlarla müqayisədə Avropada bu xəstəliyə yoluxma hallarında artım müşahidə olunur. M.Donaxyu deyib ki, bu xəstəliyin yayılmasının qarşısını almaq olar.

"Hazırda bu xəstəliyi yox etmək üçün bizdə tibbi və texniki imkanlar var. Bunun üçün siyasi iradə tələb olunur. HİV/QİÇS epidemiyasının qarşısını almaq üçün hazırda ÜST tərəfindən əhaliyə kandomlar paylanılır, yoluxmuş insanlar müalicə olunur və təlimlər keçirilir. Sabah müzakirə ediləcək Avropa Regional Komitəsinə də növbəti illər üçün təqdim edəcəyimiz fəaliyyət planına bunlar daxildir", - deyə o əalvə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə