Cəvahir Süleymanova: “Son 3 ildə Azərbaycanda HİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir, vəziyyət stabilləşir” - AÇIQLAMA

Cəvahir Süleymanova: “Son 3 ildə Azərbaycanda HİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir, vəziyyət stabilləşir” - AÇIQLAMA

Son 3 ildə Azərbaycanda HİV-ə yoluxma ilə bağlı artım müşahidə edilmir, vəziyyət stabilləşir. SİA-nın xəbərinə görə, bunu ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib. O bildirib ki,Azərbaycanda HİV-ə yoluxma təhlükəli risk qrupları arasında müşahidə edilib. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün ÜST tərəfindən də müəyyən tədbirlər həıyata keçirilir. Azərbaycan da antiretroviral müalicənin aparıldığını deyən C.Süleymanova vurğulayıb ki, bu müalicə daha çox ehtiyacı olan insanlar üçün həyata keçirilir.


"Azərbaycanda hələ də antiretroviral mülalicəyə ehtiyacı olan 1100 nəfərə yaxın insan var. Ölkəmizdə indiyədək 3 minə yaxın insan HİV-ə yoluxub. Amma UNAİDS-in 2009-cu ilin sonuna olan hesabatına görə, Azərbaycanda indiyədək 3600 nəfər bu xəstəliyə yoluxub. Amma bu rəqəm 2600-5200 nəfər ola bilər", - deyə C.Süleymanova əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə