Oqtay Şirəliyev bir sıra ölkələrin nümayəndələri ilə görüşüb

Oqtay Şirəliyev bir sıra ölkələrin nümayəndələri ilə görüşüb
Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirib. SİA-nın xəbərinə görə, nazirin keçirdiyi ikitərəfli görüşlər əsnasında Estoniya nümayəndə heyətinin rəhbəri, sosial işlər naziri Hanno Revkuru, Malta nümayəndə heyətinin rəhbəri, yaşlı insanlar və əhaliyə xidmət naziri doktor Joseph R.Cassarı, Sloveniya nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri doktor Dorijan Marişici və Bosniya–Hersoqovina nümayəndə heyətinin rəhbəri, milli işlər naziri Sredoje Mülni ilə bir sıra məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə