“ÜST Azərbaycana səhiyyə statistikasının təkmilləşdirilməsində öz yardımını göstərməyə hazırdır”- AÇIQLAMA

“ÜST Azərbaycana səhiyyə statistikasının təkmilləşdirilməsində öz yardımını göstərməyə hazırdır”- AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana səhiyyə sahəsində kömək göstərməyə hazırdır və ölkəni buna tam əmin edir. SİA-nın xəbərinə görə, bunu ÜST-nin Avropa Regional Komitəsinin İnformasiya Deportamentinin direktoru Kladiya Ştayn deyib. Onun sözlərinə görə, təmsil etdiyi deportament Azərbaycana səhiyyə statistikasının təkmilləşdirilməsində öz yardımını göstərməyə hazırdır. ÜST rəsmisi bildirib ki, Azərbaycanın səhiyyə sistemində irəliləyişlər əldə olunub və bu ölkədə bir çox faydalı təşəbbüslər irəli sürülüb.

K.Ştayn əlavə edib ki, hazırda Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında bir çox məsələlər, o cümlədən qeyri-infeksion xəstəliklər, HİV, alkoqol içkilərdən istifadə, ictimai səhiyyə ilə bağlı məsələlər müzakirə olunur: "Hazırda komitəyə üzv ölkələr bu məsələlərlə bağlı öz fikirlərini açıqlayırlar. Müzakirə olunan məsələlərlə bağlı son qərar isə sabah axşam məlum olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə