\"Son vaxtlar ürək, qan-damar, asma xəstəliklərinin sürətdə artmasının səbəbi ekoloji problemlərdir. Ona görə də, ekoloji problemləri yaradanlara qarşı tədbirlər gücləndirilməlidir\". Bu sözləri SİA-ya Ekologiya Proqnozlaşdırılması Milli Mərkəzinin rəhbəri Telman Zeynalov söyləyib. Ekoloqun dediyinə görə, ekoloji problem yaradanlardan cərimələnin az tutulması onları arxayın salır: "Məsələn, şəhərin çirklənməsinə səbəb olan müəssisəyə 24 min manat cərimə təyin edilir. Bununla problemə son qoymaq olmaz. Digər dövlətlərdə vəziyyət tamamilə fərqlidir. Alyaskada ekoloji qaydaları pozduğuna görə şirkətlərdən biri 350 milyon dollar məbləğində cərimələnib. Hesab edirəm ki, bizdə də cərimələrin məbləği artırılsa, bu sahədə olan problemlərin qarşısı alına bilər".
Ekoloq son illər durmadan artan xəstəliklərin səbəblərindən birinin də yaşıllıqların məhv olması olduğunu dedi: "Vaxtilə Azərbaycanın ümumi ərazisinin 11 faizi meşə ilə örtülü idi. Ancaq indi ölkə ərazisində meşə zolağı 5 - 6 faiz təşkil edir. Yaşıllıqların məhvi insan səhhətinə təsirsiz ötüşməyib və nəticədə insan səhhətində ciddi problemlər yaranıb. Bu gün ekologiyanın çirklənməsində tikililərin də xüsusi rolu var. Tikililərdən qalxan səs-küy insanların əsəb sistemində, toz, çirk isə digər xəstəliklərin yaranmasına səbəb olur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB