ÜST: “Miqrantların ölkələrə gətirdiyi xəstəliklərin qarşısını almaq üçün hər bir ölkənin qiymətləndirmə mexanizmi olmalıdır”
Miqrantların ölkələrə gətirdiyi xəstəliklərin qarşısını almaq üçün hər bir ölkənin qiymətləndirmə mexanizmi olmalıdır. SİA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin strateji proqramlar və xüsusi layihələr üzrə direktoru Agis Tsouros deyib.
O bildirib ki, hər bir ölkə miqrantların sağlamlığını qiymətləndirməlidir. Onun sözlərinə görə, əgər miqrant yoluxucu xəstəlik daşıyıcıdırsa, o müalicə olunmaldıır. A.Tsouros hesab edib ki, bu halda əhalidə miqrantın ölkəyə gətirdiyi xəstəlikdən qorunmuş olar. Onun fikrincə, bu məsələdə əsas problem qeyri-qanuni miqrantlarla bağlıdır.
"Ölkəyə qanunsuz gələn miqrantların müvafiq dövlət orqanlarından gizlənməsi insanların sağlamlığının qorunması üçün də təhlükələr yaradır. Ölkədə elə sistem olamlıdır ki, miqrant qeyri-qanuni olsa belə, xəstəliyi üçün səhiyyə müəssisəsinə müraciət etdikdə qorxmasın. Tibb müəssisələrinə müraciət miqrantın ölkədən deportasiya olunması üçün səbəb olmamldıır. Eyni zamanda, miqranta virus, potensial xəstəlik mənbəyi kimi də baxılmamalıdır", - deyə proqram direktoru əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB