ÜST-nin baş direktoru: “Azərbaycan səhiyyə sahəsində böyük invesitisiya layihələri həyata keçirib” - MÖVQE
Azərbaycan son 5 ildə çox böyük irəliləyişlər əldə edib və səhiyyə sahəsində böyük invesitisiya layihələri həyata keçirib. SİA-nın xəbərinə görə, bunu bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqerat Çan Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında çıxışı zamanı səsləndirib. Azərbaycana səhiyyə ilə bağlı bəzi tövsiyyələrini verən baş direktor bildirib ki, yeni xəstəxana binalarının tikilməsinə, qeyri-infeksion xəstəliklərin müalicəsinə daha çox önəm vermək lazımdır.
"Siz bütün insanların sağlamlığının təmini barədə öhdəlik götürmüsünüz. Çalışırsınız ki, bütün region inkişaf etsin. Siz iqtisadi çətinliklər, cəmiyyətin qocalması kimi problemləri həll etmək istəyirsiniz. Siz istəyirsiniz ki, Azərbaycan səhiyyəsi insanların müalicəsi üçün daha açıq olsun", - deyə M.Çan əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB