ÜST rəsmisi: “Bir çox ölkələrdə narkotik vasitələrin daşınmasına nəzarət etmək çox çətindir”

ÜST rəsmisi: “Bir çox ölkələrdə narkotik vasitələrin daşınmasına nəzarət etmək çox çətindir”

\"Digər ölkələrlə müqayisədə Azərbaycanda narkotikdən istifadə edənlərlə bağlı vəziyyət bir o qədər də pis deyil\". SİA-nın xəbərinə görə, bu barədə ÜST-nin Avropa üzrə regional Bürosunun Alkoqol və qadağan edilmiş narkotik vasitələr proqramının rəhbəri Lars Müller məlumat verib. L.Müller Azərbaycanda narkotikdən daha çox kimlərin istifadə etdiyinə gəldikdə, bununla bağlı konkret fikir söyləyə bilməyəcəyini deyib. Amma o vurğulayıb ki, adətən, bütün ölkələrdə bununla bağlı eyni vəziyyət müşahidə edilir. Onun sözlərinə görə, əsasən, təhsili az olan və olmayan insanlar narkotikdən daha çox istifadə edirlər.

"Bir çox ölkələrdə narkotik vasitələrin daşınmasına nəzarət etmək çox çətindir. ÜST-nin əsas məqsədi odur ki, əhali arasında narkotik vasitələrin istifadəsi dayandırılsın və narkotikdən istifadə edənlər arasında onun müalicəsi gücləndirilsin. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan həbsxanalarındakı məhkumların narkotikdən asılılığını azaltmaq üçün metadom proqramını həyata keçirməyi nəzərdə tutur. Bu proqram hazırda Azərbaycanda əhali arasında keçirilir. ÜST isə çalışır ki, metadom proqramının istifadəsi artıq həbsxanalarda həyata keçirilsin. Hazırda bu proqram yalnız əhali üçün keçirilir, həbsxanalar isə ondan kənarda qalır. Bizim məlumatımıza görə, həbsxanalarda narkotik istifadəçiləri daha çoxdur", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə