“Qeyri-infeksion xəstəliklərə qarşı profilaktika və mübarizə” mövzusunda konfrans keçirilib
Bu gün Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində "Qeyri-infeksion xəstəliklərə qarşı profilaktika və mübarizə" mövzusunda mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ÜST-nin Avropa üzrə regional Bürosunun qeyri-infeksion xəstəliklər və sağlamlığın möhkəmləndirilməsi departamentinin direktoru Qauden Qalea, Alkoqol və qadağan edilmiş narkotik vasitələr proqramının rəhbəri Lars Müller regiondakı mövcud vəziyyət barədə məlumat verib. Qauden Qalea bildirib ki, qeyri-infeksion xəstəliklərində əsas risk qrupu tütün və spirtli içkilərdən yaranır: "Onlar da ürək-damar xəstəlikləri və insulta birbaşa təsir edir. Azərbaycanda 2005-ci ildə Tütünün istehsalı ilə bağlı Çərçivə Konvensiya imzalanıb. Bunun nəzarətdə saxlanması vacibdir. Bu konvensiyada 5 müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Lakin MDB ölkələrinin heç biri bu 5 tədbiri tam həyata keçirməyib. Bu tədbirlərə tütünün qiymətinin çoxaldılması, siqaret qutularının üzərində xəbərdarlıqların yer alması, ictimai yerlərdə siqaretçəkmə üçün azad zonaların yaradılması və digərləri nəzərdə tutulub. Bu sahə ilə əlaqədar alınacaq tədbirlərin qiymətləri artırılmalı, içkilərin kimə, necə və harada satılması ilə bağlı təkliflər qəbul edilməlidir. Bütün bunlar da ölkələrdə yol qəzalarının və ölüm hallarının azalmasına öz təsirini göstərəcək. Bilavasitə bunlar ölümlərin azalmasına gətirib çıxaracaq".
Daha sonra çıxış edən ÜST-nin Avropa üzrə regional Bürosunun Alkoqol və qadağan edilmiş narkotik vasitələr proqramının rəhbəri Lars Müller bildirib ki, Avropa regionunda alkoqollu içkilərin istifadəsi çox yüksəkdir və bu rəqəm dünya səviyyəsinə nisbətən 2 dəfə artıqdır. Qərbi Avropada vəziyyət nisbətən stabildir, Şərqi Avropada isə vəziyyətin ürəkaçan olmadığını deyən beynəlxalq təşkilatın nümayəndəsi vurğulayıb ki, Azərbaycanda da spirtli içkilərin istehsalında artım müşahidə edilir.
Narkotik istifadə ilə bağlı məsələlərə aydınlıq gətirən L.Müller qeyd edib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda narkotikadan istifadə edənlərlə bağlı vəziyyət o qədər pis deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB