“Qarşıdakı 5 il ərzində ürək-damar xəstəliklərindən ölümün qarşısını almaq üçün xüsusi tədbirlər planı hazırlanacaq”-AÇIQLAMA
"Avropa regionu üçün qeyri-infeksion xəstəliklər çox yüksək və təhlükəlidir. Bu xəstəliklərin nə olduğunu hamı tam olaraq bilmir". SİA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional Bürosunun qeyri-infeksion xəstəliklər və sağlamlığın möhkəmləndirilməsi departamentinin direktoru Qauden Qalea deyib. Burada 4 qrup xəstəliklərdən söhbət getdiyini deyən Q.Qalea bildirib ki, onlar ürək-damar xəstəlikləri, diabet, xərçəng və qeyri-infeksion ağciyər xəstəlikləridir. O qeyd edib ki, bunlarla yanaşı, insan sağlamlığını təhdid edən 4 risk faktoru da var və bunlara siqaretçəkmə, fiziki fəaliyyətlə məşğul olmamaq, pəhrizə müraciət etməmək və alkoqollu içkilərdən istifadə etmək daxildir: "Bunlar bütün xəstəliklərdə özünü göstərir. Avropanın şərqində ürək-damar xəstəliklərinə daha çox rast gəlinir, nəinki qərbində. MDB ölkələri də öz müstəqilliyini əldə etdikdən sonra orada da ürək-damar xəstəliklərinə tutulma faktları aşkarlanıb. Amma son 5-10 il ərzində artım tendensiyası olan xətəliklərlə bağlı hazırda daha çox stabillik hökm sürür.. Qeyri-infeksion xəstəliklərlə bağlı ilk dəfə olaraq 2006-cı ildə xüsusi strategiya hazırlanıb. Bu tədbirlər, strategiya neçə illərdir ki, həyata keçirilir. Qarşıdakı 5 il ərzində ürək-damar xəstəliklərindən ölümün qarşısımı almaq üçün xüsusi tədbirlər planı hazırlanacaq. Bu istiqamətdə tütün, alkoqollu içkilərin qiymətinin artırılması və digər işlərin görülməsi nəzərdə tutulur. Gələcək həftələrdə isə BMT-də bu məsələyə həsr olunan xüsusi iclas keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB