ÜST Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işini davam etdirir-YENİLƏNİB-FOTOSESSİYA

ÜST Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işini davam etdirir-YENİLƏNİB-FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, bu gün "Gülüstan" sarayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, sessiyanın açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Tədbirə ÜST-nin baş direktoru Marqaret Çen, 53 ölkənin səhiyyə nazirləri, bir çox nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və Azərbaycanın tibb mütəxəssisləri qatılıblar.

Sessiyanın icraçı sədri Jozep Kasals, Avropa Regional bürosunun direktoru xanım Jujanna Yakab cıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə, Azərbaycan hökumətinə minnətdarlıq edib, səhiyyənin aktual problemləri ilə bağlı strategiya və planların qəbul ediləcəyini və mühüm qərarlar veriləcəyini bildiriblər. Sonra sessiyanın sədri və digər vəzifəli şəxsləri seçilib. Səhiyyə naziri Oqtay Şirəliyev 61-ci sessiyanın sədri təyin olunub.

O.Şirəliyevin məruzə ilə çıxış edib. Azərbaycanın səhiyyə naziri bu tədbirin Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyətindən danışıb. O bildirib ki, ÜST-nin Avropa Regional Komitəsinin Bakıda keçirilməsi yalnız Azərbaycana deyil, bu beynəlxalq təşkilata üzv olan bütün üzv ölkələrə öz töhfəsini verəcək.

Sonra sessiyanın gündəliyi təsdiq olunub.Daha sonra Prezident İlham Əliyev sessiyada nitq söyləyib. Dövlətimizin başçısı tədbir iştirakçıları ilə görüşüb.

Nazir Oqtay Şirəliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

ÜST Avropa Regional Komitəsinin direktoru Jujanna Yakob isə Azərbaycan səhiyyəsinin inkişaf etdiyini nəzərə çatdırıb. O qeyd edib ki, digər Avropa ölkələru də bundan faydalanmağa, Azərbaycanın təcrübəsindən istifadə etməyə çalşmalıdırlar. Səhiyyənin idarəedilməsində, xidmətlərin göstərilməsi istiqamətində işlər gücləndirilməlidir. Səhiyyə ilə bağlı mövcud problemlərin həllində yeni yollar axtarmaq lazım olduğunu nəzərə çatdıran komitə sədri malyariya, vərəm və SPİD-lə mübarizə üzrə Qlobal Fond, eyni zamanda, Dünya Bankı ilə əməlkdaşlıq etdiklərini söyləyib. J.Yakob komitəyə üzv ölkələrin bu tədbirdə iştirakını da xüsusi vurğulayıb.

Tədbirin davamında Polşa, Bosniya və Herseqovina, Fransa, Rusiya, Norveç və Qazaxıstan nümayəndələrinın çıxışları dinlənilib və müzakirələr aparılıb. Hazırda sessiya işini davam etdirir və tədbir müvafiq məruzələrin dinlənilməsi ilə davam edir.

Qeyd edək ki, bu gün Gülüstan sarayında öz işinə başlayan sessiya sentyabrın 15-də yekunlaşacaq. ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasının keçirilməsində əsas məqsəd Avropa regionunda sağlamlığın yaxşılaşdırılmasına və səhiyyənin inkişafına kömək göstərməkdir. Sessiyada 5 həyati vacib məsələ - yoluxucu olmayan xəstəliklərə və vərəmə qarşı mübarizə, alkoqolizm, antibiotiklərə qarşı davamlılıq, QİCS və antibiotiklərdən düzgün istifadə problemlərini milli və regional səviyyədə müzakirə olunacaq. Bundan əlavə, sessiyada qeyri-yoluxucu xəstəliklər, alkoqol, HİV/QİÇS, vərəm və antibiotiklərdən düzgün istifadə, tibbin son nailiyyətləri barədə məruzələr dinləniləcək və qərarlar veriləcək.
Sentyabrın 15-dək davam edəcək sessiyada region sakinlərinin sağlam həyat tərzi ilə bağlı 2020-ci ilədək dövrü əhatə edəcək proqram qəbul olunacaq. Tədbir çərçivəsində bir çox sənədlərin imzalanması da gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə