“Azərbaycanda ən təhlükəli problem 25% əhalinin bədən çəkisinin normadan yüksək olmasıdır”-AÇIQLAMA

“Azərbaycanda ən təhlükəli problem 25% əhalinin bədən çəkisinin normadan yüksək olmasıdır”-AÇIQLAMA

Avropadan fərqli olmayaraq Azərbaycanda da qeyri-infeksion xəstəliklər arasında ürək-damar xəstəlikləri daha çox yer tutur. SİA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçisi Sevil Əsədova bu gün Bakıda ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası ilə əlaqədar keçirilən brifinqdə deyib. O bildirib ki, bütün bunlar tütünçəkmə ilə bağlıdır. Hazırda araşdırmaların davam etdiyini deyən S.Əsədovanın sözlərinə görə, bu zaman məlum olub ki, Azərbaycanda kişilər arasında tütünçəkmə halı daha yüksəkdir. Qadınlar arasında isə bu göstəricinın bir faizdən çox olmadığını deyən təmsilçi qeyd edib ki, ona görə də tütünçəkmə ilə bağlı qadınlar arasındakı vəziyyəti problemli saymaq olmaz.

"Araşdırma zamanı 2006-ci ildən sonra Azərbaycanda insanların alkoqollu içkilərdən istifadə hallarının bir qədər azaldığı məlum olub. Ancaq bu gün Azərbaycanda ən təhlükəli problem 25% əhalinin bədən çəkisinin normadan yüksək olmasıdır. Əhalinin bədən çəkisinin artıq olması qida ilə əlaqədardır və bunu aradan qaldırmaq üçün böyük işlər aparmaq vacibdir. Ölkədə qədim zamanlardan kərə yağı, ətdən daha çox istifadə edilir ki, bu da insan çəkisinin normadan artıq olmasına gətirib çıxarır. Azərbaycan meyvə-tərəvəzi bol olan ölkə olsa da insanlar ətə, kərə yağına daha çox üstünlük verirlər. Meyvə-tərəvəzdən, hətta süddən az istifadə edirlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə