AŞPA: “Azərbaycan, Ermənistan, Gürcüstan və Albaniyada doğumdan əvvəl uşağın cinsinin seçilməsinin qarşısı alınmalıdır”
Azərbaycan, Ermənistan, Gürcüstan və Albaniyada doğumdan əvvəl uşağın cinsinin seçilməsinin qarşısı alınmalıdır. SİA-nın "Tert.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Bərabər imkanlar" komitəsinin hesabatında göstərilir. Hesabatı isveçrəli deputat Doris Stamp hazırlayıb. Hesabata əsasən adları çəkilən ölkələrdə nisbətin pozulmasının səbəbləri araşdırmalıdır.
AŞPA-nın 3-7 oktyabrda keçiriləcək plenar sessiyasında səsverməyə çıxarılacaq hesabatda dünyada qeyd olunan nisbət orta hesabla 105/100 olduğu halda Azərbaycan, Ermənistan və Albaniyada oğlan və qızların nisbəti 112/100, Gürcüstanda isə 111/100 təşkil edir: " Bütün bunlar narahatlıq doğuracaq amillərdir. Doğumdan əvvəl uşağın cinsinin müəyyən olunmasına yalnız cinsi irsi xəstəliklərdən qaçmaq məqsədilə etmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB