Bu gün paytaxtda sonuncu payız buraxılış imtahanları keçiriləcək

Bu gün paytaxtda sonuncu payız buraxılış imtahanları keçiriləcək

Bu gün Azərbaycanda orta məktəblərin 9-cu sinif şagirdləri üçün sonuncu payız buraxılış imtahanları keçiriləcək. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, sonuncu imtahan Bakı şəhəri üzrə keçirilir. Payız imtahanlarında 2010/2011-ci dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə iyunda keçirilən buraxılış imtahanında müvəffəq qiymət ala bilməyən və buraxılış imtahanlarına buraxılmayan şagirdlər iştirak edirlər.

İmtahanlar 7 bölgədə keçirilib. İmtahanların keçirilməsinə sentyabrın 2-dən başlanıb. İmtahanın nəticələri yaxın günlərdə rayon və şəhər təhsil şöbələrinə göndəriləcək. Şöbələr isə həmin nəticələri məktəblərə təqdim edəcəklər.


Ümumilikdə payız imtahanlarında hələ 9-cu sinfi bitirməmiş təxminən 26 min şagirdin iştirakı nəzərdə tutulur. Payız imtahanında qeyri-müvəffəq qiymət alan şagirdlər sinifdə qalaraq yenidən 9-cu sinifdə oxuyacaqlar. Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com