Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya sınaq imtahanları keçirir. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, sınaq imtahanları baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə təşkil olunur. Bakı şəhərində keçiriləcək sınaq imtahanları bu gün baza fənləri üzrə, sabah isə ixtisas fənləri üzrə baş tutacaq.
İmtahana yazılış internet vasitəsilə sentyabrın 2-dən sentyabrın 8-dək (saat 12:00-dək) aparılıb. Sınaq imtahanında iştirak etmək üçün 656 namizəd qeydiyyatdan keçib.
Qeyd edək ki, ölkədə ilk dəfə olaraq rezidenturaya qəbul imtahanı sentyabrın 24-25-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB