TQDK vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. SİA-nın xəbərinə görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında çalışan dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün ərizə (2 nömrəli əlavə) və ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə) təqdim edilməlidir. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 7 sentyabr tarixdən 21 sentyabr tarixdə saat 18:00-dəkAzərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında aparılır.Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçünAzərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınamüraciət edilə bilər. Telefonlar: 440-30-78
Dövlət orqanının adı:Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Struktur bölmənin adı:Gəncə regional bölməsi
İnzibati vəzifə:bölmə müdiri
Vakansiya sayı:1
İş yerinin ünvanı:Gəncə şəhəri, Heydər Əliyev meydanı, İnzibati bina
İnzibati vəzifənin təsnifatı:7-ci təsnifat
Vəzifə maaşı:312 manat
Qulluq funksiyaları:
> regionda imtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin keçirilməsinin təmin edilməsi
> sənəd qəbulu komissiyaları ilə işin aparılması
> şöbənin əməkdaşları arasında iş bölgüsünün aparılması və şöbənin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi
> keçirdiyi tədbirlərin nəticələrinə əsasən araşdırmaların aparılması, ümumi hesabatların və təkliflərin hazırlanması
> struktur bölməyə daxil olan sənədlərin, eləcə də vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil:ali
iş stajı:azı 3 il
kompüter:MS WINDOWS, MS OFFICE, INTERNET və s. (yüksək səviyyədə);
xarici dil:ingilis dili (orta səviyyədə), rus dili (yüksək səviyyədə).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB