ADA-da Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi üzrə növbəti kurs başa çatıb

ADA-da Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi üzrə növbəti kurs başa çatıb

Azərbaycan Diplomatik Akademiyasında (ADA) CAR, Nigeriya, Uqanda, Zimbabve, Namibia, Qambiya və Madaqaskardan olan 14 diplomat üçün Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi üzrə növbəti yüksək və orta səviyyəli kurs başa çatıb.

ADA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, universitetin rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev Afrika ölkələri diplomatlarına şəhadətnamələrin təqdimatı mərasimində çıxış edib. Qeyd olunub ki, kursun dinləyiciləri Azərbaycanın siyasi və iqtisadi prioritetləri və ümumilikdə regionun inkişafına dair ətraflı məlumat alıblar

Azərbaycan Diplomatik Akademiyası (ADA) 2015-2016-cı illərdə tələbələrin sayını 1500-dək artırmağı planlaşdırdığını deyən Hafiz Paşayev qeyd edib ki, Akademiya cari tədris ilində 36 tələbəni magistraturaya qəbul edib ki, onların 30 faizi xarici vətəndaşlardır.

Rektor bildirib ki, ADA bu il ilk dəfə olaraq bakalavr dərəcəsi üzrə tələbə qəbul edib. Qəbul olunan 60 tələbənin hamısı imtahanlarda ən yüksək balları toplayıblar.

Qeyd edək ki, 1-9 sentyabrda keçirilən kurslarda Azərbaycan XİN, ARDNŞ və digər dövlət strukturlarının əməkdaşları tərəfindən Xəzər dənizi hövzəsi ölkələrinin tarixi və mədəniyyəti, dənizin statusu və geosiyasi yeri, həmçinin regionun energetika siyasəti, iqtisadi və investisiya imkanları haqqında mühazirələr oxuyub.

\"Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi\" proqramı çərçivəsində ilin əvvəlindən bəri Cənubi Amerika, Asiya və Afrikadan olan 43 diplomat ADA-da təlim keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə