"Avropa regionunda səhiyyə ilə bağlı proqramların icrası, tədbirlərin həyata keçirilməsi büdcənin 3,6%-ni təşkil edir. Ancaq Avropada mövcud olan xəstəlikləri və problemləri nəzərə alaraq bu vəsaitlər yetərli deyil". SİA-nın xəbərinə görə, bu barədə ÜST-nin Avropa Regional Bürosunun rəhbəri Zsuzsanna Jakob məlumat verib.
O bildirib ki, bu xəstəliklər ölüm hallarının səbəbi kimi 86%, ümumi xəstəliklərin isə 76%-ni təşkil edir. Onun sözlərinə görə, onların qarşısını almaq üçün xüsusi tədbirlər görülməlidir. Ona görə də regionda konkret işlər görmək üçün tədbirlər planının hazırlandığını deyən Z.Jakob vurğulayıb ki, burada bütün məsələlər öz əksini tapıb.
"Ümid edirik ki, tədbirlər planı Azərbaycanda keçiriləcək sessiya çərçivəsində qəbul olunacaq. Avropanın ən geniş yayılan məsələlərindən biri də alkoqollu içkilərin qəbulu məsələsidir. Alkoqollu içkilərin qəbulu ilə bağlı da sənəd hazırlanıb. Bir neçə il öncə siqaret tüstüsü ilə mübarizə ilə bağlı sənəd hazırlanıb və müsbət nəticələri olub. İnanırıq ki, alkoqollu içkilər barədə yeni qəbul ediləcək sənədin də bu istiqmaətdə müəyyən problemlərin həlliə kömək edəcək", - deyə o əlavə edib.
Bundan əlavə, regionda 3 məsələ ilə bağlı tədbirlərin keçirilməsinə ehtiyac olduğunu deyən büronun rəhbəri vurğulayıb ki, bunlardan biri vərəm xəstəliyidir. Onun sözlərinə görə, son zamanlar onun rezident formaları ortaya çıxıb və bu xəstəliklərin qarşısının alınması istiqamətində Qlobal Fondla birlikdə tədbirlər planının görülməsi nəzərdə tutulur: "Bundan əlavə, HİV/AIDS-ə yoluxan insanlara qarşı müalicə tədbirləri genişləndirilməlidir. Bununla yanaşı, antibiotiklərə qarşı resident formalı yeni xəstəlik əmələ gəlib. Bu da insanların antibiotikdən çox və qeyri-düzgün istifadə etməsinin nəticəsidir. Bir sözlə, Avropa regionunda mövcud olan bunların hər biri həllini tələb edən xəstəliklərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB