Elsevər Ağayev: “Yaş həddi ilə əlaqədar, göstəriciləri uyğun gəlməyən 3000-3500 həkim işdən azad edilib” - AÇIQLAMA
"Azərbaycanın səhiyyə sistemində 7100 nəfərdən çox yaşı 65-dən yuxarı çalışan işçilər var. Onların təxminən 50 faizi - 3000-3500 nəfəri artıq yaş həddi ilə əlaqədar, göstəriciləri uyğun gəlməyənlər işdən azad edilib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.O bildirib ki, qanunlarda bu insanları hansı hallarda işdə saxlamaq üçün müəyyən meyarlar müəyyənləşdirilib. Onun sözlərinə görə, ucqar ərazilərdə, kadra ehtiyacı olan yerlərdə yaşı 65-dən yuxarı olan işçilərin işdən azad edilməsinə diqqətlə yanaşılır.
65-70 yaşlı işçilərin kadrların işdən azad
edilməsini müəssisələrin özlərinin həyata keçirildiyini deyən E.Ağayev
vurğulayıb ki, sonra bu barədə Səhiyyə Nazirliyində yaşdan yuxarı işçilərlə bağlı meyarlar
müəyyənləşdirilib və həmin meyarlar
yaxın günlərdə Nazirlər Kabinetində təsdiq olunacaq. Dövlət
tərəfindən fəxri adlar alan, orden və medallara layiq görülən və yaşı 70-dən
yuxarı olan səhiyyə işçiləri ilə əmək müqaviləsi 1 il müddətinə uzadılması
məsələsinə baxıla bilər.
Nazir müavini işdən çıxarılan həkimlərin yerinə gələcək,
onları əvəzləyəcək kadrların səviyyəsi ilə bağlı sualı da cavablandırıb:
"Proses indi başlayıb və davam etməkdədir. Bu məsələ dövlət tərəfindən nəzərə
alınıb. Bilirsiniz
ki, xüsusən də elmi-tədqiqat, elm sahəsində məşğul olanlar, universitetlərdə
çalışan və yaşı 65-dən yuxarı olan işçilər işdən azad edilmirlər. Bizim də ən
ağrılı yerimiz məhz o sahələr idi. Ancaq bu insanların əgər işləmək qabiliyyəti
varsa və meyarlara uyğun gəlmirsə, ölkədə alternativ tibb, özəl tibb
müəssisələri var və onların inkişafı üçün gözəl imkanlar yaradılıb. Onlar həmin
özəl tibb müəssisələrində fəaliyyət göstərə bilərlər. Yaşlı insanların
təcrübəsinə, yəqin ki, yenə də xalqımızın ehtiyacı olacaq".
Səhiyyə işçilərinin dövlət qulluğunun xüsusi növünə aid olması haqqında qərar qəbul edilib. Bu qərarın icrası üçün 3 ay müddət verilmişdi. Yəqin ki, vaxt yekunlaşana kimi yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən bu məsələ öz həllini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB