Azərbaycanda uzunömürlülük kişilərdə 68, qadınlarda isə 73 yaşdır
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanda uzunömürlülüyə təsir edən amillər barədə danışıb. SİA-nın xəbərinə görə, bu gün keçirilən mətbuat konfransında E.Ağayev bildirib ki, Azərbaycanda uzunömürlülük məsələləri təkcə səhiyyə ilə bağlı deyil, həmçinin ekologiya, kənd təsərrüfatı və digər amillərdən asılıdır.
O bildirib ki, ötən il BMT-nin insanların inkişafı ilə bağlı açıqladığı hesabatda Azərbaycan ölkələr arasında 35 pillə irəliləyib. Onun sözlərinə görə, bu hesabatda insan ömürünün uzanması da əsas rol oynayıb: \"Azərbaycanda uzunömürlülüyün yaşı kişilərdə 68, qadınlarda isə 73 yaş hesab edilir. Bir neçə il əvvəl isə bu rəqəmlər daha aşağı idi. Azərbaycanda keçiriləcək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bölməsinini sessiyasında da bu və ya digər məsələlər əsaslı şəkildə müzakirə ediləcək\".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB