Vaqif Ələkbərov: “Sumqayıt məktəbləri yeni dərs ilinə tam hazırdır” - MÜNASİBƏT
Sumqayıt şəhərində 2011-2012-ci tədris ilinə hazırlıqla əlaqədar məktəbəqədər və məktəbdən kənar təhsil müəssisələrində müəyyən işlər görülüb. Bunu SİA-ya açıqlamasında Sumqayıt Şəhər Təhsil şöbəsinin müdir müavini Vaqif Ələkbərov bildirib.
O, şəhərin 22 və 38 nömrəli məktəblərində əsaslı təmir işlərinin aparıldığını, tikintisi yarımçıq qalan məktəblərdə isə işlərin uğurla icra olunduğunu söyləyib. Müdir müavini şəhərin Texniki Təbiət Elmləri liseyində, 4 və 39 nömrəli orta məktəblərdə də işlərin uğurla davam etdiyini bildirib. Digər orta ümumtəhsil məktəblərində isə daxili imkanlar hesabına cari təmir işlərinin aparıldığını qeyd edən Vaqif Ələkbərov uşaq bağçalarında görülən işlərdən də söhbət açıb: "11 nömrəli uşaq bağçasında əsaslı təmir işləri davam edir. 26 və 63 nömrəli uşaq bağçalarında isə təmir işlərinin aparılması nəzərdə tutulub".
Müdir müavini həmçinin şagirdlərin vahid məktəbli formasına keçidi ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, Sumqayıt şəhərində geyimlərin satışı üzrə artıq bir mağaza fəaliyyətdədir: "Həmin mağazada məktəblilərin vahid məktəbli formasını asanlıqla əldə etmələri üçün iş aparılır".
Sonda Vaqif Ələkbərov Təhsil Nazirliyin 20 minə yaxın məktəbli kitabçalarının Sumqayıt məktəblərinə paylanıldığını, yarı qalan hissəsinin isə bu gunlərdə paylanılacağını söyləyib..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB