Rezidenturaya sınaq imtahanına iştirak etmək üçün 656 namizəd qeydiyyatdan keçib

Rezidenturaya sınaq imtahanına iştirak etmək üçün 656 namizəd qeydiyyatdan keçib

Xəbər veridyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 10 sentyabr tarixində baza fənləri üzrə və 11 sentyabr tarixində isə ixtisas fənləri üzrə sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, artıq rezidenturaya sınaq imtahanına yazılış başa çatıb.

İmtahana yazılış internet vasitəsilə sentyabrın 2-dən sentyabrın 8-dək (saat 12:00-dək) aparılıb və 656 namizəd qeydiyyatdan keçib. Sınaq imtahanı Bakı şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə